Dünya
“Biz bunu ona görə etdik ki…”
“Biz qərargahdayıq. Rostovun hərbi obyektləri, o cümlədən aerodrom nəzarətimiz altındadır”.
Victorytime.az xəbər verir ki, bu barədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin teleqramda yaydığı videomüraciətdə bildirib.
“Biz bunu ona görə etdik ki, hücum aviasiyası bizə deyil, ukraynalılara zərbələr endirsin”, – o deyib.
Priqojin qeyd edib ki, özəl hərbi şirkətin fəaliyyəti Rusiyanın Ukrayna ilə müharibə aparmasına mane olmur.