Dünya

“Polşa Rusiyanı məhv etmək istəyir”

“Polşa Ukrayna vasitəsilə Rusiyanı müstəqil dövlət kimi məhv etmək istəyir”.

Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlaması zamanı bildirib.

Zaxarova rəsmi Varşavanın sərgilədiyi mövqeyi tənqid edib. 

O, Polşanın Baş naziri Mateuş Moravetskinin ittihamlarına cavab verib:

“Polşa öz geosiyasi vəzifələrini Ukrayna vasitəsilə həll etməyə çalışır ki, bu da Rusiyanın müstəqil dövlət kimi məhv edilməsi məqsədi daşıyır”.

Qeyd edək ki, Polşanın Baş naziri Mateuş Moravetski Ukraynadakı münaqişənin Avropanın geosiyasi xəritəsini dəyişməyə imkan verdiyini deyib.

Oxşar Xəbərlər

Back to top button