Analitika

İqtisadi inkişafımız siyasi qələbələrimizin qarantıdır

Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan artıq müstəqil dövlət olaraq beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır.Sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib.

İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz.  Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.

Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə  iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.

İslahatları ilə bu müstəqilliyi bir daha möhkəmləndirdi. Artıq Heydər Əliyev öz apardığı siyasət və gördüyü işlər ilə yeni inkişaf modeli – Yeni Azərbaycan model yaratmışdır. Bu inkişaf özünü hər sahədə göstəridi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahəıəri daxil etmək olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvəffəqiyətlə davam etdirilir.

  Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi.

Azərbaycanda  artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilmişdir ki, onlar da kiçik şəhər və rayonlarda yerləşdirilmişdir. yerləşdirilmişdir. Qısa bir müddətdə respublika nəhəng tikinti meydanına çevrilmişdir ki, bu da Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda və digər şəhər, rayon və kəndlərdə geniş quruculuq və abadlıq işləri, həmçinin məktəblər, mədəniyyət evləri, inzibati binalar, yaşayış evləri, səhiyyə ocaqları, suvarma kanallarının tikilib istifadəyə verilməsi ilə öz təsdiqini tapır.

Ulu öndərin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə  imzalanmış  “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır.

Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan  Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Neft gəlirlərinin şəffaf xərclənməsi və gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradıldı.Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirildi.

Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı.

Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

Ulu Öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz  dünya bazarlarında öz yerini tutmaqdadır. Neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektoru sürətlə inkişaf edir, ölkəmizin ixrac imkanları genişlənir.

Mətanət Cəfərova,
YAP-ın fəalı.

Oxşar Xəbərlər

Back to top button