Qarabağ erməniləri reinteqrasiya barədə təkliflərimizi düzgün dəyərləndirməlidir
“Postmüharibə dövründə Azərbaycan tərəfi üçün əsas prioritet yekun sülhün imzalanması və Qarabağda yaşayan erməni vətəndaşlarımızın reinteqrasiyasıdır. Bu məqsədlə dəfələrlə həm dövlət səviyyəsində, həm də vətəndaş cəmiyyəti səviyyəsində ilk addımı atan tərəf Azərbaycan olub. Hətta bir neçə gün əvvəl erməni nümayəndələr ilkin müzakirələr üçün Bakıya dəvət edildi. Bu dəvət onlar üçün böyük fürsət kimi qiymətləndirilməli və onlar da qarşılıqlı əməkdaşlıq üçün addımlar atmalı idi. Lakin, onlar konstruktiv olmayan mövqeylərindən əl çəkmədi və təklifi geri çevirdi.
Bunu “Victorytime.az”a açıqlamasında siyasi ekspert Əli Babazədə bildirib.
-Bu isə son şansları itirməkdir, tək çıxış yolundan imtina etməkdir. Burada iki yol var:
1) Reinteqrasiya
2) Ərazini birdəfəlik tərk etmək
Onların siyasi rəhbərliyində təmsil olunanlar bilməlidir ki, üçüncü yolu axtarmaq onlar üçün yaxşı nəticələnməyəcək. Belə olan halda antiterror əməliyyatı ilə bölgədə vəziyyəti normallaşdırmağımız tamamilə beynəlxalq hüququn tələblərinə uyğun olacaq”



