AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Vyetnam əməkdaşlığında Heydər Əliyevin tarixi rolu

Azərbaycan–Vyetnam münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri olub. Onun dövlətçilik fəaliyyəti və beynəlxalq əlaqələrin inkişafına göstərdiyi diqqət iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərib.

1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfər edən Heydər Əliyev ölkələr arasında iqtisadi və sənaye əlaqələrinin genişləndirilməsinə töhfə verib. Səfər çərçivəsində aparılan təmaslar qarşılıqlı əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olub.

Heydər Əliyevin Vyetnamla münasibətlərə göstərdiyi diqqət Azərbaycan xalqının dost ölkələrə münasibətindəki səmimiyyəti və etimadı nümayiş etdirirdi. Bu əlaqələr sonrakı dövrlərdə də Azərbaycanın xarici siyasətində öz əksini tapıb.

Müstəqillik illərində Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlərin inkişafı və siyasi dialoqun genişləndirilməsi tarixi ənənələrin davam etdirilməsinə xidmət edib. Heydər Əliyevin dövlətçilik irsi bu münasibətlərin möhkəm əsaslarından biri kimi qiymətləndirilir.

Bu gün Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı tarixi dostluğun yeni mərhələsidir. Ulu Öndərin beynəlxalq əməkdaşlığa verdiyi önəm iki ölkənin münasibətlərində öz aktuallığını qoruyur.

Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button