AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Vyetnam dostluğunun yeni üfüqləri

Azərbaycan ilə Vyetnam arasında münasibətlər zəngin tarixi irsə və geniş gələcək perspektivlərinə malikdir. İki ölkənin dostluğu Ho Şi Minin Bakı səfərindən, neft sənayesində əməkdaşlıqdan və qarşılıqlı siyasi təmaslardan başlayaraq bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan neftçilərinin Vyetnamın enerji sektorunda fəaliyyəti və “Ağ pələng” yatağı ətrafında formalaşan əməkdaşlıq bu münasibətlərin iqtisadi əsaslarını möhkəmləndirib. Bu tarixi təcrübə iki ölkənin peşəkar kadrları arasında qarşılıqlı etimadın yaranmasına da xidmət edib.

Müstəqillik dövründə Azərbaycan və Vyetnam arasında siyasi dialoq, diplomatik əlaqələr və iqtisadi əməkdaşlıq daha geniş məzmun qazanıb. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd olub.

Müasir dövrdə enerji, ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə yeni layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar mövcuddur. Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri bu imkanların reallaşdırılması üçün siyasi zəmin yaradıb.

Azərbaycan–Vyetnam dostluğunun yeni üfüqləri tarixi əlaqələrin müasir əməkdaşlıqla zənginləşdirilməsindən keçir. Qarşılıqlı hörmət, etimad və ortaq inkişaf məqsədləri iki ölkənin münasibətlərini gələcəkdə daha da möhkəmləndirəcək.

Nüşabə Məmmədova,
YAP Nizami rayon təşkilatının “Ə.Kürçaylı küçəsi, 17” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button