
Azərbaycan–Vyetnam münasibətlərinin tarixində Ho Şi Minin 1959-cu il iyulun 23-də Bakıya səfəri xüsusi əhəmiyyət daşıyır. Vyetnam xalqının böyük öndərinin ölkəmizə gəlişi iki xalq arasında qarşılıqlı marağın və dostluğun inkişafında mühüm hadisə kimi yadda qalıb. Bu səfər Azərbaycanın beynəlxalq əlaqələrinin tarixində də özünəməxsus yer tutur.
Ho Şi Min Bakıda Azərbaycanın neft sənayesi ilə yaxından maraqlanıb. Həmin dövrdə Bakı dünyanın tanınmış neft mərkəzlərindən biri kimi böyük təcrübəyə və peşəkar mütəxəssislərə malik idi. Vyetnam rəhbərinin bu sahəyə diqqət yetirməsi ölkəmizin sənaye potensialına verilən yüksək qiymətin göstəricisi idi.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan təcrübəsinin Vyetnamda neft sənayesinin inkişafı üçün əhəmiyyətinin vurğulanması oldu. Azərbaycanlı mütəxəssislərin bilik və bacarıqları Vyetnamın enerji sahəsində gələcək əməkdaşlığı üçün əsas istiqamətlərdən birini müəyyənləşdirdi.
Bu tarixi hadisə yalnız iqtisadi maraqlarla məhdudlaşmadı. Ho Şi Minin Bakı səfəri xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, qarşılıqlı hörmətin artmasına və gələcək əlaqələr üçün etibarlı zəminin yaranmasına xidmət etdi.
Bu gün Azərbaycan ilə Vyetnam arasında inkişaf edən strateji tərəfdaşlıq həmin tarixi səfərin yaratdığı dostluq ənənələrinin davamıdır. Ho Şi Minin Bakı ilə bağlı xatirəsi iki ölkənin münasibətlərində mühüm mənəvi dəyər olaraq qalır.
Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini



