AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Müasir yol-nəqliyyat infrastrukturu: Ağdamı dünyaya bağlayan yollar

İstənilən regionun sosial-iqtisadi inkişafı ilk növbədə müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasından asılıdır. Ağdam azad edildikdən dərhal sonra şəhəri ölkənin digər bölgələri ilə birləşdirən avtomobil və dəmir yollarının tikintisinə başlanıldı. Bərdə-Ağdam avtomobil yolu və dəmir yolu xətti bu baxımdan strateji əhəmiyyətə malikdir.

Müasir standartlara cavab verən çoxzolaqlı avtomobil yolları sərnişin və yük daşımalarının rahatlığını, təhlükəsizliyini və sürətini təmin edir. Eyni zamanda, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası şəhərin nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da artırır. Bu layihələr Qarabağın digər şəhər və rayonları ilə əlaqələrin sıxlaşmasına xidmət edir.

Müasir yolların çəkilməsi həm də ərazidə aparılan tikinti işlərinin logistikasını asanlaşdırır və turizm potensialının inkişafına təkan verir. Ağdamın nəqliyyat şəbəkəsinin yenidən qurulması şəhərin ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin edir.

Tofiq Rüstəmli,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 2269-cu məhəllə, bina 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button