Dünya
200 saat sonra işığı gördülər…
Türkiyədə dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Hatayda axtarışlar zamanı 26 yaşlı Emine Akgül xilas edilib. Müəllimə olduğu bildirilən Akgül Antakya bölgəsində zəlzələdən 201 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Antakyada 204 saat sonra daha bir şəxs xilas edilib. O, isə Muna Dabul adlı əcnəbi qadın olub.