Zəngəzur Dəhlizi və Geosiyasi Reallıqlar

Vətən müharibəsində qazanılan Zəfər regionun nəqliyyat-kommunikasiya xəritəsini köklü şəkildə dəyişdirmək üçün tarixi imkanlar yaratdı. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək deyil, həm də bütövlükdə Avrasiya məkanı üçün strateji əhəmiyyət daşıyan bir layihədir.
Bu dəhliz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm ticarət və logistika marşrutuna çevrilmək potensialına malikdir. Azərbaycan öz ərazisində bu istiqamətdə dəmir yolu və avtomobil yolu infrastrukturunun tikintisini sürətlə davam etdirir. Layihənin reallaşması bütün region ölkələrinin iqtisadi inteqrasiyasına və ticarət dövriyyəsinin artmasına xidmət edəcəkdir.
Zəngəzur dəhlizi həm də Türk dünyasını coğrafi baxımdan birləşdirən mühüm bir körpü rolunu oynayır. Bu, qardaş ölkələr arasında iqtisadi, mədəni və siyasi əlaqələrin daha da dərinləşməsinə təkan verir. Azərbaycanın yaratdığı bu yeni reallıq qlobal miqyasda da böyük maraqla izlənilir.
Zəfərimizin gətirdiyi bu strateji üstünlük ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizi regionda sülhün və iqtisadi tərəqqinin əsas rəmzlərindən birinə çevriləcəkdir. Qalib Azərbaycan öz gələcəyini müasir və güclü layihələrlə qurur.
Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri



