AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Böyük Qayıdış: Azad Edilmiş Torpaqlarda Yeni həyat

Zəfərin intəhası təkcə torpaqların işğaldan azad edilməsi ilə bitmir, həm də həmin torpaqlara həyatın yenidən qayıtmasıdır. “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda misilsiz tikinti-quruculuq işləri həyata keçirilir. Dağıdılmış şəhərlər, kəndlər sıfırdan müasir standartlara uyğun olaraq yenidən qurulur.

Ağıllı şəhər və kənd konsepsiyaları əsasında həyata keçirilən layihələr regionu dünyanın ən qabaqcıl texnologiyaları ilə təmin edir. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması artıq gerçəklikdir. İlk köç karvanları doğma ocaqlarına qovuşduqca xalqımızın üzündəki sevinc Zəfərin əsl mənasını üzə çıxarır.

Yeni yollar, tunellər, hava limanları və enerji infrastrukturu qısa müddətdə inşa olunaraq istifadəyə verilib. Bu sürətli bərpa prosesi Azərbaycan dövlətinin gücünü və iradəsini nümayiş etdirir. Böyük Qayıdış həm də tarixi ədalətin bərpasının son mərhələsidir.

Hər il Zəfər Gününü qeyd edərkən azad torpaqlarda dalğalanan bayraqlarımıza baxıb qürur duyuruq. Orada yenidən səslənən azan səsi, məktəblərdə uşaqların gülüşü qələbəmizin əbədi olduğunun sübutudur. Qarabağ artıq dirçəlir və əvvəlki şöhrətini geri qaytarır.

Gülanə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 312” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button