GündəmSosial

Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzinin təşviqi mövzusunda maarifləndirici görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım İctimai Birliyinin həyata keçirdiyi “Sağlam və təhlükəsiz həyatın təşviqi” layihəsi çərçivəsində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım İctimai Birliyinin sədri Vüsalə Əliyeva və digərləri çıxış ediblər.

Tədbirdə narkomaniyanın cəmiyyət və xüsusilə gənc nəsil üçün yaratdığı təhlükələr, onun fəsadları, sağlam həyat tərzinin əhəmiyyəti və bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Çıxış edənlər narkomaniyaya qarşı mübarizədə ailənin, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini vurğulayaraq, sağlam və təhlükəsiz gələcəyin formalaşdırılmasında hər kəsin üzərinə mühüm məsuliyyət düşdüyünü qeyd ediblər.

Oxşar Xəbərlər

Back to top button