
31 oktyabr 2026-cı il tarixində Sabunçu rayon Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında Alıyev Qələndər Nofəl oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.
Ziyarətdə şəhid ailələri, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, RİHBA-nın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Qələndər Alıyev 07 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.




