GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və iqtisadi inkişaf məsələləri diqqət mərkəzində olub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Zəki Məmmədov küçəsi, 26” ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Görüşdə Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Funksiyalar üzrə müavini, İcra Komitəsinin üzvü İlqar Nuri, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər iştirakçılar çıxış ediblər.

Çıxışlarda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və yeni iş yerlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi inkişafın davamlılığının təmin olunması, biznes mühitinin təkmilləşdirilməsi, məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən irəli gələn vəzifələr kontekstində dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və kollektivlərdə ideoloji maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Həmçinin Veysəloğlu Şirkətlər Qrupunun ölkə iqtisadiyyatının inkişafına, sahibkarlıq mühitinin gücləndirilməsinə, məşğulluğun təmin olunmasına və sosial məsuliyyət prinsiplərinin təşviqinə verdiyi töhfələrdən bəhs edilib. Əmək kollektivlərində milli maraqlara sədaqət, vətənpərvərlik, peşəkarlıq və korporativ məsuliyyət prinsiplərinin təşviqinin əhəmiyyəti vurğulanıb.

Sonda iqtisadi inkişafın prioritetləri, partiya üzvlərinin üzərinə düşən vəzifələr, dövlət siyasətinin əsas istiqamətlərinin təşviqi və ideoloji maarifləndirmə işinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar ölkəmizin davamlı inkişafına, iqtisadi potensialının gücləndirilməsinə və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə töhfə verməyin əhəmiyyətini qeyd ediblər.

Oxşar Xəbərlər

Back to top button