AnalitikaGündəmSiyasət

Qubadlı Zəfərinin Gələcək Nəsillərə Ötürüləcək İrsi

Qubadlı rayonunun işğaldan azad edilməsi yalnız bir hərbi uğur deyil, həm də gələcək nəsillərin milli şüurunu və qürurunu formalşdıran müqəddəs bir irsdir. 27 il boyunca torpaq həsrəti ilə böyüyən gənclərimiz bu qələbə ilə tarixi ədalətin necə bərpa edildiyinə şahid oldular. Bu zəfər dərsi məktəblərdə, dərsliklərdə və milli yaddaşımızda əbədi yaşayacaqdır.

Qubadlı döyüşlərində iştirak edən qəhrəmanların şücaəti, şəhidlərimizin əvəzsiz fədakarlığı gələcək nəsillər üçün vətənpərvərlik, mərdlik və sədaqət rəmzinə çevrilmişdir. Onların adlarının əbədiləşdirilməsi, xatirə komplekslərinin ucaldılması gənclərimizin milli ruha bağlılığını daha da möhkəmləndirir. Bu tarixi qələbə xalqımızın yenilməzliyini sübut edən ən böyük örnəkdir.

Böyük Qayıdış proqramı çərçivəsində Qubadlıda doğulub böyüyəcək yeni nəsil azad, müasir və abad bir rayonda yaşamaq imkanı əldə edəcəkdir. Onlar babalarının və atalarının qanı hesabına azad olunmuş bu torpaqların qədrini bilərək onları göz bəbəyi kimi qoruyacaqlar. Azad Qubadlı gələcək nəsillərə əmanət edilən ən dəyərli servətdir.

Bu tarixi irs Azərbaycanın dövlətçilik ənənələrini və hərbi şöhrətini əsrlər boyu yaşatacaqdır. Qubadlı zəfəri xalqımızın birliyinin və gücünün parlaq təzahürü kimi hər zaman qürurla xatırlanacaq. Zəfərimiz əbədi, gələcəyimiz parlaq olsun!

Yasəmən Kərimova,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button