AnalitikaGündəmSiyasət

Qubadlı Şəhərində Azərbaycan Bayrağının Ucaldılması

2020-ci il oktyabrın 25-i Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı, çünki həmin gün Qubadlı şəhərində üçrəngli bayrağımız ucaldıldı. İllərdən beri həsrətində olduğumuz doğma bayraq şanlı ordumuzun zəfər marşı sədaları altında dalğalandı. Bu an hər bir azərbaycanlının göz yaşları və sevinc fəryadları ilə yaddaşlara həkk olundu.

Bayrağın ucaldılması mərasimi qəhrəman əsgərlərimizin düşmənə verdiyi ən gözlənilməz və sarsıdıcı cavab idi. Dağıdılmış və viran qoyulmuş şəhərdə dalğalanan müqəddəs bayrağımız ədalətin bərpa olunduğunun rəmzi oldu. Bu, həm də işğal dövrünün bitdiyini və yeni həyatın başlandığını göstərirdi.

Azərbaycan bayrağının Qubadlıda dalğalanması xəbəri cəbhədə döyüşən digər əsgərlərimizə də əlavə güc və motivasiya verdi. Hərbçilərimiz Ali Baş Komandana reportaj verərək qələbə sevincini bölüşdülər. Bu mənzərə bütün xalqımızı birləşdirən qürur dolu anlardan biri kimi tarixə düşdü.

Şəhərdə dalğalanan üçrəngli bayraq tezliklə bütün rayon üzrə şərəflə dalğalanmağa başladı. Bu bayraq azadlığın, sülhün və əbədi suverenliyin simvolu kimi Qubadlı səmasında parlayır. İndi hər bir qubadlılı bu bayrağın kölgəsində öz doğma yurduna qayıtmağın sevincini yaşayır.

Cabir Hacıyev,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button