AnalitikaGündəmSiyasətSosial

Vahid məktəbli forması qaydalarının pozulması və hüquqi yanaşma

Vahid məktəbli forması ilə bağlı müəyyən edilmiş tələblərə əməl olunması ümumi təhsil müəssisələrində nizamın qorunması baxımından əhəmiyyətlidir. Şagirdlərin geyim qaydalarını bilməsi və həmin tələblərə riayət etməsi üçün məktəb rəhbərliyi müvafiq məlumatlandırma işləri aparmalıdır.

Geyim qaydalarının pozulması halları ilə qarşılaşıldıqda ilk növbədə məktəbdə tətbiq edilən tələblər nəzərdən keçirilməlidir. Şagirdin hansı qaydaya əməl etmədiyi ona aydın şəkildə izah edilməli, məsələyə obyektiv yanaşılmalıdır. Hər bir halın səbəblərinin araşdırılması düzgün qərarın qəbuluna kömək edir.

Belə hallarda məktəb rəhbərliyi qanunvericiliyə və təhsil müəssisəsinin səlahiyyətləri çərçivəsində müəyyən edilmiş qaydalara uyğun davranmalıdır. Şagirdin dərsdən kənarlaşdırılması, təhsil hüququnun məhdudlaşdırılması və ya digər tədbirlər yalnız müvafiq hüquqi əsas olduqda nəzərdən keçirilə bilər. Geyim qaydasının pozulması öz-özlüyündə qanunvericilikdə nəzərdə tutulmayan cəzanın tətbiqinə əsas vermir.

İlqar Ağayev,
YAP Nizami rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button