GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn tapşırıq və tövsiyələr diqqətə çatdırılıb

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şərifli küçəsi, 24/12” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, yeni hədəflərin qarşıya qoyulması və partiya üzvlərinin məsuliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi tapşırıq və tövsiyələrin partiyanın qarşıdakı dövrdə fəaliyyətinin əsas istiqamətlərini müəyyən etdiyini qeyd edərək, onların həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb. Həmçinin Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik prinsiplərinin və milli-mənəvi dəyərlərinin qorunmasının, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılmasının vacibliyini diqqətə çatdırıb.

SOCAR-ın 4 saylı Texniki Nəqliyyat Departamentinin rəisi İlham Tağıyev çıxışında neft sektorunun ölkə iqtisadiyyatındakı strateji rolundan, nəqliyyat sahəsində səmərəliliyin artırılmasının və texniki imkanlardan səmərəli istifadənin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji potensialının gücləndirilməsi, neft sənayesinin davamlı inkişafı və ölkənin iqtisadi imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Həmçinin dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin reallaşdırılmasında hər bir əməkdaşın üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsinin vacibliyini vurğulayıb.

İdarənin baş mühəndisi Azər Həsənov və ərazi partiya təşkilatının sədr müavini Tofiqə Qurbanova da çıxışlarında qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində məsuliyyətli yanaşmanın, peşəkarlığın və əmək intizamının vacibliyini qeyd ediblər. Onlar Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin, eləcə də Ulu Öndər Heydər Əliyevin zəngin irsinin ölkənin inkişafı və qarşıya qoyulan hədəflərin reallaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Oxşar Xəbərlər

Back to top button