
Azərbaycan Respublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında çıxışı ölkəmizin qazandığı tarixi nailiyyətlərənəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün əsas vəzifələri dəmüəyyən edən mühüm siyasi mesajlarla yadda qaldı.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulananməqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün vəsuverenliyinin tam bərpa edilməsidir. Bu tarixi nailiyyətxalqımızın birliyi, dövlətimizin qətiyyətli siyasəti və güclüiradəsi nəticəsində əldə olunub. Azərbaycan xalqının milli həmrəyliyi və dövlətinə olan inamı ölkəmizin uğurlarının əsasınıtəşkil edir.
Bu gün əldə etdiyimiz nailiyyətlərin təməlində Ulu ÖndərHeydər Əliyevin müəyyən etdiyi siyasi xətt dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin tarixindəmühüm dönüş nöqtəsi olmuş, dövlətçiliyimizin qorunması vəmüstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində böyük roloynamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasixətt müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.
Cənab Prezident çıxışında dövlətimizin iqtisadi və hərbiqüdrətinin artırılmasını, təhlükəsizliyin qorunmasını, eləcə dəideoloji təhlükəsizliyin gücləndirilməsini əsas vəzifələr sırasındaqeyd etdi. Müasir dövrdə milli dəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, təhsilin vəmaarifləndirmənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinəmühüm məsuliyyət düşür.
Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifahınınyüksəldilməsi, əməkhaqlarının, pensiyaların və sosialmüavinətlərin artırılması ilə bağlı səsləndirilən fikirlər də dövlətsiyasətinin əsas məqsədlərindən birinin vətəndaşların həyatşəraitinin yaxşılaşdırılması olduğunu göstərir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçiriləngenişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburiköçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın gələcəyəinamla addımladığını təsdiqləyir. Böyük Qayıdış Proqramınınuğurla davam etdirilməsi dövlətimizin qarşısında duran mühümstrateji vəzifələrdəndir.
Ərazi Partiya Təşkilatının sədri olaraq hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülənmüddəalar ölkəmizin gələcək inkişaf istiqamətlərininmüəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnanıram ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvüPrezident İlham Əliyevin müəyyən etdiyi məqsəd və vəzifələrinhəyata keçirilməsində öz töhfəsini verməyə çalışacaq. Partiyaüzvləri olaraq üzərimizə düşən əsas məsuliyyət dövlətimizinuğurlarını təbliğ etmək, milli həmrəyliyi gücləndirmək, vətəndaşlarla sıx əlaqə saxlamaq və ölkəmizin inkişafına xidmətedən təşəbbüslərdə fəal iştirak etməkdir.
Əminliklə deyə bilərik ki, güclü dövlət, birliyə əsaslanancəmiyyət və xalqın etimadını qazanan siyasi iradə Azərbaycanıngələcək inkişafının əsas təminatıdır. Yeni Azərbaycan Partiyasıbundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və ölkəmizin daha böyük uğurlaraçatması naminə öz fəaliyyətini davam etdirəcək.
Sevda Haqverdiyeva,
Sosial Xidmətlər Agentliyinin 1 nömrəli Uşaq ReabilitasiyaMərkəzi üzrə YAP Nərimanov rayon təşkilatının ƏPT sədri



