AnalitikaGündəmOrduQarabağ və Şərqi ZəngəzurSiyasət

17 oktyabr Füzuli Şəhər Günü qürur və şərəf simvoludur

Azərbaycanın cənub-qərb qapısı olan Füzuli rayonu bu gün ölkəmizin ən sürətlə inkişaf edən bölgələrindən biridir. Hər il oktyabrın 17-si qeyd olunan Füzuli Şəhəri Günü xalqımızın qürur mənbəyinə çevrilib. 2020-ci ilin payızında Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi böyük hərbi şücaət idi. Azərbaycan Ordusunun müzəffər əsgərləri düşmənin illərlə qurduğu müdafiə xəttlərini yarıb keçdilər. Füzuli şəhərinin işğaldan azad olunması digər rayonlarımızın da azad edilməsinə yol açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu zəfər tariximizə qızıl hərflərlə yazıldı. Azadlıq bayramı hər il füzulililər tərəfindən böyük coşğu və sonsuz sevinclə qeyd olunur.

İşğaldan azad olunduqdan dərhal sonra Füzulidə genişmiqyaslı tikinti və bərpa işlərinə başlanıldı. Prezident İlham Əliyev Füzuli rayonuna etdiyi saysız-hesabsız səfərlərlə bu quruculuq prosesinə birbaşa rəhbərlik edir. Dövlət başçısının səfərləri zamanı Füzulidə bir çox strateji əhəmiyyətli obyektlərin açılışı baş tutub. Bunların arasında Füzuli Beynəlxalq Hava Limanı xüsusi yer tutur və beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə aparılan işlərlə hər zaman şəxsən tanış olurlar. Səfərlər çərçivəsində Füzuli-Şuşa zəfər yolunun çəkilişi başa çatdırılmış və istifadəyə verilmişdir. Füzuli şəhərinin baş planı əsasında müasir yaşayış kompleksləri, məktəblər və xəstəxanalar tikilib. Dövlət başçısının Füzuliyə səfərləri zamanı yeni evlərin açarları doğma yurdlarına qayıdan sakinlərə təqdim olunub. “Böyük Qayıdış” proqramı çərçivəsində Füzuli şəhəri artıq minlərlə sakini qucaqlayır. Qayıdan vətəndaşlar üçün hər cür sosial-məişət şəraiti yaradılıb, iş yerləri açılıb. Füzuli Sənaye Parkı rayona yeni investisiyaların cəlb olunmasında mühüm rol oynayır. Kənd təsərrüfatı sahəsində modern texnologiyaların tətbiqi ilə iqtisadiyyat sürətlə dirçəlir. Tarixi və mədəni abidələrimiz, dağıdılmış məscidlər dövlət dəstəyi ilə əvvəlki görkəminə qaytarılır.

Füzuli Şəhəri Günü münasibətilə təşkil edilən tədbirlər rayonun ictimai həyatına rəng qatır. Vətən müharibəsi şəhidlərinin xatirəsi Füzulidə hər zaman dərin ehtiramla yad olunur. Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində azad edilən bu torpaqlar indi sülh içində yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qarabağ əsl cənnətə çevrilir. Füzuli sakinləri dövlətin onlara göstərdiyi diqqətə görə Ali Baş Komandana sonsuz minnətdardırlar. Şəhərin küçələrində səslənən uşaq gülüşləri gələcəyə olan inamın təminatıdır. Füzulidə ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir, yaşıllq zonaları salınır. “Ağıllı şəhər” elementləri Füzulidə ən müasir səviyyədə tətbiq olunur. Səfərlər zamanı dövlət başçısı tərəfindən yeni sosial obyektlərin təməli qoyulmağa davam edilir. Füzulinin inkişaf templəri bütün dünyaya Azərbaycan xalqının qurucu simasını nümayiş etdirir.

Oktyabrın 17-si hər bir azərbaycanlı üçün qürur və şərəf simvoludur.Füzulinin azad olunması ilə tarixi ədalət bərpa olundu və xalqımızın haqq səsi dünyaya çatdırıldı. Prezidentin səfərləri Füzulinin hər bir sakini üçün böyük bayram ab-havası yaradır. Rayonda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi qüdrətini əyani şəkildə göstərir. Füzuli gəncləri öz doğma torpaqlarında azad və firavan şəkildə təhsil alırlar. Şəhərin siması tamamilə yenilənərək regionun mərkəzlərindən birinə çevrilir. Füzuli Şəhəri Günü xalqımızın sarsılmaz birliyinin və iradəsinin təntənəsidir. Dövlətimizin dəstəyi ilə Füzulidə həyat tamamilə yenidən qurulub.

Sabahın Füzulisi daha parlaq, daha qüdrətli və abad olacaqdır. Qarabağ Azərbaycandır, Füzuli bizimdir!

Nəsirli Gülnarə,
Nizami rayonunun fəal gənci, Bakı Ali Neft Məktəbinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button