
Vahid məktəbli forması təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın və kollektiv ruhunun möhkəmləndirilməsinə xidmət edir. Şagirdlər arasında geyimlə bağlı sosial fərqlərin azaldılmasına, onların diqqətinin təhsilə və şəxsi inkişafa yönəlməsinə şərait yaradır.
Təhsilverənlərin səliqəli və peşəkar geyimi də məktəb mədəniyyətinin mühüm tərkib hissəsidir. Müəllimlər davranışları, ünsiyyətləri və xarici görünüşləri ilə şagirdlərə nümunə olaraq onlarda məsuliyyət, qarşılıqlı hörmət və intizam kimi keyfiyyətlərin formalaşmasına töhfə verirlər.
Vahid geyim qaydalarına riayət edilməsi yalnız zahiri görünüş məsələsi deyil, həm də məktəb ənənələrinə, təhsil mühitinə və ictimai dəyərlərə hörmətin ifadəsidir. Bu istiqamətdə məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri



