GündəmSosial

Şəhid Pənahov Ülvi Nizami oğlunun əziz xatirəsi ehtiramla yad edilib

44 günlük Vətən müharibəsində şəhid olmuş Pənahov Ülvi Nizami oğlunun anım günü ilə əlaqədar şəhidin əziz xatirəsi yad edilib.

Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Keşlə Bələdiyyəsinin əməkdaşları Keşlə Şəhidlər Xiyabanında şəhid Pənahov Ülvi Nizami oğlunun məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri düzülüb, onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və fədakarlıq ehtiramla yad olunub. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların göstərdiyi şücaət və Vətən sevgisi gələcək nəsillər üçün daim örnək olacaq.

Şəhid Pənahov Ülvi Nizami oğlunun əziz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

Oxşar Xəbərlər

Back to top button