
Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının əməkdaşları Vətən müharibəsi şəhidi Cəfərov Mətləb Məhəmməd oğlunun həyat yoldaşı Vüsalə Cəfərovanı doğum günü münasibətilə ziyarət ediblər.
Ziyarət zamanı Vüsalə Cəfərovaya səmimi təbriklər çatdırılıb, ona möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.




