AnalitikaGündəmSiyasət

Sabitliyin Zəfəri: Müasir Azərbaycanın 3 Oktyabr Təməli

Azərbaycanın bu gün regionun lider dövlətinə çevrilməsi və öz suverenliyini tam bərpa etməsi 1993-cü il oktyabrın 3-də qoyulmuş sağlam siyasi təməlin nəticəsidir. Siyasi sabitliyin olmadığı bir ölkədə nə iqtisadi tərəqqidən, nə də güclü ordudan söhbət gedə bilərdi. Heydər Əliyevin Prezident seçilməsindən sonra Azərbaycanda xarici investorlar üçün təhlükəsiz və etibarlı mühit formalaşdı.

Məhz bu etimadın nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı və ölkəmiz qlobal enerji xəritəsində əsas oyunçulardan birinə çevrildi. 3 Oktyabr seçkiləri ilə başlayan siyasi kurs ordu quruculuğunu sürətləndirdi, milli həmrəyliyi möhkəmləndirdi və müstəqilliyimizi əbədi etdi. Bu gün fəxrlə qeyd edilən hər bir tarixi uğurun kökündə 1993-cü il oktyabrın 3-də xalqın etdiyi müdrik seçim dayanır.

Nuray Kərimli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button