AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şəhidlərimizin Əziz Xatirəsi

Vətən uğrunda həyatını itirən insanlar xalqın yaddaşında daim yaşayırlar. 27 Sentyabr Anım Günü də məhz belə qəhrəman insanların xatirəsinə həsr olunmuş xüsusi gündür.

2020-ci ildə başlayan Vətən müharibəsində Azərbaycan hərbçiləri böyük fədakarlıq göstərdilər. Döyüşlər zamanı şəhid olan hərbçilərimizin xatirəsi bu gün də böyük hörmətlə yad edilir.

Şəhidlərin ailələri üçün onların itkisi əvəzolunmazdır. Cəmiyyətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı onların xatirəsinə ehtiramın mühüm ifadələrindən biridir.

Şəhidlərimizin adlarını yaşatmaq və onların həyat yolunu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Onların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Cabir Hacıyev,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 1” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button