AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Vətən Müharibəsinin Başladığı Gün

27 Sentyabr 2020-ci ildə başlayan hadisələr Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Həmin gün Vətən müharibəsi başladı və Azərbaycan xalqı böyük birlik nümayiş etdirdi.

Müharibə günlərində Azərbaycan hərbçiləri müxtəlif istiqamətlərdə döyüşərək Vətən qarşısında öz vəzifələrini yerinə yetirdilər. Döyüşlər zamanı şəhid olan hərbçilərimizin xatirəsi bu gün də böyük hörmətlə yad edilir.

44 gün davam edən müharibə Azərbaycan tarixində mühüm iz buraxdı. Müharibənin nəticələri ölkənin siyasi və ictimai həyatında da əhəmiyyətli dəyişikliklərə səbəb oldu.

27 Sentyabrın Anım Günü kimi qeyd edilməsi həmin dövrdə həyatını itirən insanların xatirəsinə ehtiramın göstəricisidir. Bu tarix xalqımızın yaddaşında kədər, qürur və birlik hissləri ilə yaşayır.

Həqiqət Gülalıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 73b” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button