AnalitikaGündəmSiyasət

Dəmir Yumruq” Əməliyyatı: Birliyin və Gücün Təcəssümü

44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi arsenalının müasirliyini və ordumuzun yüksək peşəkarlığını ortaya qoydu. “Dəmir Yumruq” kod adlı əməliyyat hərbi elmin ən son nailiyyətlərinin tətbiqi ilə dünya hərb tarixinə düşdü. Lakin bu əməliyyatın uğurunun əsasında dayanan ən böyük qüvvə Azərbaycan əsgərinin vətənpərvərliyi idi.

Döyüşlərin ilk günündən etibarən ordumuz strateji yüksəklikləri azad edərək düşməni panikaya saldı. Səfərbərlik elan olunmadan belə, minlərlə gənc könüllü olaraq cəbhəyə axışdı. Xalq, ordu və dövlət birliyi vahid bir yumruq kimi birləşərək düşmənin işğalçılıq siyasətinə son qoydu.

27 sentyabrda başlanan əks-hücum əməliyyatları həm də tarixi ədalətin bərpası idi. İllərlə davam edən mənasız danışıqlar prosesinə, beynəlxalq təşkilatların ikili standartlarına Azərbaycan öz hərbi gücü ilə nöqtə qoydu. Torpaqlarımız cəsur qəhrəmanlarımızın qanı hesabına azad olundu.

Bu gün Anım Günündə biz yalnız keçmişə nəzər salmırıq, həm də şəhidlərimizin əmanəti olan azad Qarabağı yenidən qururuq. Şəhidlərin xatirəsini uca tutmaq hər bir vətəndaşın mənəvi borcudur. Onlar Azərbaycanın əbədi müstəqilliyinin zəmanətçiləridir.

Ceyran Qurbanova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 72” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button