Zəfərin mənəvi dayaqları

Azərbaycanın 2020-ci ildə əldə etdiyi Zəfər yalnız hərbi көрсətcilərlə izah edilə bilməz. Müharibə günlərində cəmiyyətin müxtəlif təbəqələrinin nümayiş etdirdiyi həmrəylik, Ordunun yanında dayanması və şəhid ailələrinə göstərilən diqqət Zəfərin mənəvi dayaqlarını formalaşdırdı.
Prezident İlham Əliyevin çıxışlarında xalq–dövlət–ordu birliyi dəfələrlə xüsusi qeyd olunub. Dövlət başçısı 44 günlük müharibə dövründə xalqın birləşdiyini və bu birliyin Zəfərə aparan mühüm amillərdən biri olduğunu vurğulayıb.
27 Sentyabr Anım Günü həmin birliyin ən ağır sınaqlarını da xatırladır. Şəhid ailələrinin keçirdiyi ağrı, qazilərin yaşadığı çətinliklər və döyüşçülərin göstərdiyi fədakarlıq Zəfər salnaməsinin ayrılmaz hissəsidir. Buna görə Anım Günü həm milli qürurun, həm də dərin ehtiramın ifadəsidir.
Bu gün Zəfərin mənəvi dayaqlarını qorumaq gələcək nəsillər üçün mühüm məsuliyyətdir. Tarixi hadisələrin düzgün öyrənilməsi, şəhidlərin həyat yolunun təbliği və Vətən müharibəsinin dərslərinin gənclərə çatdırılması milli yaddaşın davamlılığını təmin edən əsas vasitələrdəndir.
Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri



