AnalitikaGündəmSiyasət

Şəhidlərimizi Anma Günü – 27 sentyabr…

27 sentyabr tarixi artıq bir neçə ildir ki, Azərbaycanda AnımGünü kimi qeyd edilir. Xalqımız II Qarabağ müharibəsindəqəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolundacanlarından keçən əsgər zabitlərini, bütün şəhidlərini dərinehtiramla anır!

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamınaəsasən təsis edilən Anım Günü Vətən müharibəsindəqəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolundacanlarından keçmiş etmiş əsgər zabitlərimizə, bütünşəhidlərimizə dərin ehtiramın ifadəsidir.

  27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizingüclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaqhərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyişərəfli bir tarixdir.      

27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesidəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzunillər davam edən düşmənçilik etnik dözümsüzlük siyasətininyerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızınişğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədiqaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.

Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə2023-cü il sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində birdəqiqəlik sükut elan edilib.

Ölkə Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdəsentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimitəsis edilməsi haqqında Sərəncam imzalayıb.

 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızdadalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarınıfəda etmiş əsgər zabitlərimizə, bütün şəhidlərimizə dərinehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

  Bu gün Qaradağ rayonunda müxtəlif anım tədbirləri keçirilmiş, şəhidləri məzarları ziyarət edilmiş, şəhid ailələri, VətənMüharibəsi əlilləri, qazilərlə görüşlər keçirilmişdir.

Qarabağın göylərindən Cənnətə yol salanlar, ruhunuz şad olsun. Sizin canınız qanınız bahasına bu Vətən bütöv oldu. Azərbaycan kimi müqəddəs əbədisiniz. Şənini vəsf etdiyimiz, ulduzunu, ayını göydə mələklərin öpdüyü, Zəfərimin sancağıolan üç boyalı bayrağımın Qarabağda dikəldiyi hər yer sizinqanınızın axdığı, ruhunuzun Cənnətə ucaldığı müqəddəsməkandır.

Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlılarımüqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizinxatirəsini dərin ehtiramla anır. Küçə, prospekt meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazibütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhunadualar oxunur. İnsanlar Anım Gününü həm zəfər iftixargünü kimi qeyd edirlər.

Tarix yazan qəhrəmanlarımızı böyük ehtiram hörmətlə anırıq! Bir birindən qəhrəman, bir-birindən yaraşıqlı şəhidqardaşlarımız! Sizləri heç bir söz vəsf edə bilməz. Sizlər ölümüngözünə dik baxaraq Vətən yolunda canınızdan keçdiniz. Deyirlər, ölüm haqdır, ona hər kəs qovuşa bilər, ancaq hər kəshaqq üçün dirilə bilməz. Torpaq uğrunda canlarından keçənşəhidlər isə bir ölər, min dirilər. Ruhunuz qarşınızda baş əyirik!

Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button