AnalitikaGündəmİqtisadiyyatSiyasət

İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların öyrənilməsi yeni mərhələyə keçir

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının öyrənilməsi bərpa və yenidənqurma prosesinin mühüm istiqamətlərindən biridir. Ərazilərdə mövcud olan mineral ehtiyatların müasir üsullarla araşdırılması gələcək sənaye layihələrinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Kəlbəcər, Ağdərə və Zəngilan istiqamətlərində qızıl, mis və molibden yataqları ilə bağlı işlərin aparılması nəzərdə tutulur. Mövcud yataqların ehtiyatlarının yenidən qiymətləndirilməsi ilə yanaşı, ətraf ərazilərdə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün geoloji kəşfiyyatın genişləndirilməsi planlaşdırılır.

Təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması regionların gələcək iqtisadi strukturuna təsir göstərə bilər. Mədənlərin fəaliyyəti ilə yanaşı, zənginləşdirmə və emal müəssisələrinin yaradılması yeni sənaye zəncirlərinin formalaşmasına imkan verə bilər. Bu isə regionlarda məşğulluq və sahibkarlıq imkanlarının genişlənməsinə şərait yarada bilər.

Bütün bu işlər ərazilərin bərpası ilə paralel və ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilməlidir. Təbii ehtiyatların istifadəsi zamanı su resurslarının, meşələrin və digər ekosistemlərin qorunması əsas şərtlərdən biridir. Belə yanaşma Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından uzunmüddətli və məsuliyyətli şəkildə istifadə olunmasına imkan verə bilər.

Sevinc Həmzəyeva,
YAP Nizami rayon təşkilatının “Rizvan Teymurov küçəsi, 73” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button