
Hərbi qulluqçunun sosial müdafiəsi xidmət dövründəki əməkhaqqı ilə yanaşı, gələcək pensiya təminatını da əhatə edir. Yeni islahat paketində hər iki mərhələnin paralel şəkildə yenilənməsi bu baxımdan diqqət çəkir.
Pensiyanın fərdi şəxsi hesabda toplanmış kapital əsasında hesablanması xidmət illərinin gələcək təminata təsirini daha aydın göstərir. Xidmət müddətinin son yaş həddinə qədər davam etdirilməsi isə daha çox pensiya kapitalının toplanmasına imkan yarada bilər.
Beləliklə, hərbi qulluqçu üçün sosial təminat karyeranın müxtəlif mərhələlərini əhatə edən davamlı sistemə çevrilir. Cari əməkhaqqı, sığorta kapitalı və pensiya təminatı bir-biri ilə əlaqəli sosial mexanizmlər kimi çıxış edir.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



