AnalitikaDünyaGündəmSiyasət

Enerji və nəqliyyat təhlükəsizliyi TDT gündəliyində

Türk Dövlətləri Təşkilatının yerləşdiyi coğrafiya enerji və nəqliyyat baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Bakıda TDT təhlükəsizlik strukturlarının nümayəndələri ilə görüşündə enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının ümumi təhlükəsizlik anlayışının ayrılmaz hissəsi olduğunu bildirib. Bu yanaşma təşkilatın gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqətəlayiqdir.

Azərbaycan bu coğrafiyada həm enerji istehsalçısı, həm də tranzit ölkə kimi çıxış edir. Mərkəzi Asiya ölkələri ilə Xəzər üzərindən əlaqələrin inkişafı Azərbaycanın regional logistika sistemindəki rolunu artırır. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi və TDT ölkələri arasında nəqliyyat və enerji əlaqələrində iştirak etməsi xüsusi vurğulanıb.

Nəqliyyat bağlantılarının inkişafı yalnız iqtisadi faydalar yaratmır. Marşrutların təhlükəsiz və dayanıqlı fəaliyyəti regional sabitliyin qorunması ilə də əlaqəlidir. Buna görə TDT çərçivəsində nəqliyyat infrastrukturu ilə təhlükəsizlik strukturları arasında əməkdaşlığın paralel inkişafı strateji əhəmiyyət kəsb edir. Bu məsələnin Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutması da Azərbaycanın yanaşmasının əsas istiqamətlərindən biridir.

Enerji sahəsində əməkdaşlıq da oxşar məntiqə əsaslanır. Enerji mənbələrinin və onların beynəlxalq bazarlara çatdırılmasını təmin edən infrastrukturların təhlükəsizliyi geniş regional əməkdaşlıq tələb edir. TDT ölkələrinin bu sahədə potensialı onların qarşılıqlı iqtisadi əlaqələrini daha da inkişaf etdirə bilər. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı fikirləri bu istiqamətin təşkilatın gələcək gündəliyində əhəmiyyətli yer tutacağını göstərir.

Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button