
2023-cü il sentyabrın 19-da başlayan və cəmi 24 saat davam edən lokal antiterror tədbirləri hərbi elm tarixinə yüksək peşəkarlıq və dəqiqlik nümunəsi kimi daxil oldu.
Müzəffər Azərbaycan Ordusu mülki əhaliyə və infrastruktura heç bir zərər vurmadan, yalnız legitim hərbi hədəfləri neytrallaşdıraraq düşməni təslim olmağa məcbur etdi. Bu sürətli və dəqiq hərbi həmlə separatizmin kökünü kəsdi və uzun illər davam edən münaqişənin son nöqtəsini qoydu.
Antiterror tədbirlərinin uğurla başa çatdığı 20 sentyabr tarixi Azərbaycan əsgərinin rəşadətinin və dövlətimizin siyasi iradəsinin təntənəsidir.
Fidan Əliyeva,
YAP Nizami rayon təşkilatının fəal üzvü



