Dünya

Kiyevə atılan 15 raketin hamısı zərərsizləşdirilib

Yanvarın 26-da genişmiqyaslı hücum zamanı Rusiya hərbçiləri Kiyevə doğru 15 raket atıb. Bütün hava hədəfləri hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

“Düşmən Kiyev istiqamətində 15-dən çox qanadlı raket atıb. Hava hücumundan müdafiənin mükəmməl işi sayəsində bütün hava hədəfləri vurulub”, – deyə Sergey Popko vurğulayıb.

Eyni zamanda, qeyd edib ki, hava zərbələri təhlükəsi keçməyib. O, şəhər sakinlərini həyəcan siqnalı bitənə qədər sığınacaqlarda qalmağa çağırıb.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnatın daha öncə yaydığı açıqlamaya görə, Rusiya 6 “Tu-95” bombardmançı təyyarəsini havaya qaldırıb. Rusiya Federasiyasının Ukrayna ərazisinə 30-dan çox raket atacağı gözlənilir.

Səhər saatlarında Odessa vilayətində genişmiqyaslı hava təhlükəsi zamanı partlayış baş verib. Bölgədə tüstünün səmaya qalxdığı görülüb. Bu barədə Odessanın yerli KİV-ləri məlumat yayıb.

Oxşar Xəbərlər

Back to top button