
İki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün çox dəqiq və ətraflı fəaliyyət planı mövcuddur. Reallaşdırılan hər bir layihə konkret məzmunla zəngindir və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına xidmət edir. Əsas diqqət paytaxtlar Bakı və Daşkəndə yönəlsə də, ölkələrin digər bölgələri də bu prosesə fəal şəkildə cəlb olunur. Bu kontekstdə regionlararası əməkdaşlıq forumlarının keçirilməsi böyük praktik maraq doğurur və işgüzar dairələr üçün geniş imkanlar açır. Səylərin birləşdirilməsi nəticəsində əldə olunan sinerji effekti iqtisadiyyatımızın müxtəlif sahələrinin şaxələnməsini sürətləndirir.
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması və onun maliyyələşdirdiyi layihələr bu əməkdaşlığın miqyasını açıq şəkildə göstərir. Hazırda İnvestisiya Fondunun vəsaitlərinin əhəmiyyətli bir hissəsi artıq konkret layihələrə yönəldilmişdir. Azərbaycanın turizm infrastrukturuna və avtomobil sənayesinə yatırılan investisiyalar milyardlarla dollar dəyərində olan yeni layihələrin həyata keçirilməsinə yol açır. Bu maliyyə resursları hər iki ölkənin iqtisadiyyatının uzunmüddətli dayanıqlığını təmin edir. Prezidentlərin rəhbərliyi ilə həyata keçirilən bu genişmiqyaslı iqtisadi strategiya xalqlarımızın rifahının daha da yüksəldilməsinə hesablanmışdır. Dəqiq fəaliyyət planına əsaslanan layihələrin vaxtında icrası tərəfdaşlığımızın səmərəliliyini əyani şəkildə sübut edir. Azərbaycan və Özbəkistan gələcəyə inamla baxaraq ortaq iqtisadi hədəflərə doğru birlikdə irəliləyirlər.
Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri



