Dünya

Ukraynada istefa dalğası: dörd nazir müavini işdən çıxarıldı

Ukrayna Nazirlər Kabineti bu gün keçirilən iclasında dörd nazir müavinini vəzifələrindən azad edilib.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov, icma və ərazilərin inkişaf nazirinin müavini İvan Lukerya və Vyaçeslav Neqoda, həmçinin sosial siyasət nazirinin müavini Vitali Muzıçenko işdən çıxarılıb.

Yekun qərar Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən verilməlidir.

Vəzifədən kənarlaşdırılan məmurlar arasında Dnepropetrovsk, Kiyev, Suma, Zaparojye və Xerson vilayətlərinin rəhbərləri də var.

Bundan əvvəl Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko, Baş prokurorun müavini Oleksi Simonenko istefa vermişdi.

Oxşar Xəbərlər

Back to top button