
Azərbaycanın neft-qaz sənayesi Avropa bazarlarında öz coğrafiyasını genişləndirməkdə davam edir. Bu ildən başlayaraq dövlətimiz öz təbii qazını rəsmi olaraq Almaniyaya ixrac etməyə başlamışdır.
Bunun nəticəsində Azərbaycan qazı bu gün Avropa İttifaqına üzv olan ümumilikdə 10 ölkəyə müvəffəqiyyətlə çatdırılır. Təbii qazla yanaşı, Azərbaycanın öz neftini də Almaniyaya ixrac etməsi ölkəmizin bu qitə üçün nə dərəcədə vacib enerji tərəfdaşı olduğunu sübut edir.
Prezident İlham Əliyevin bəyanatında qeyd edildiyi kimi, gələcəkdə ölkəmiz istehsal etdiyi yaşıl enerjini də Avropa məkanına çatdırmaq əzmindədir. Bütün bu amillər enerji təhlükəsizliyinə çox böyük töhfə hesab olunur.
Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı



