AnalitikaDünyaGündəmSiyasət

Birbaşa Hava Əlaqəsi: Xalqları Yaxınlaşdıran Addım

Azərbaycan və Slovakiya prezidentlərinin Şuşa bəyanatlarında ictimaiyyət tərəfindən ən çox maraqla qarşılanan xəbərlərdən biri payızda iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması oldu. Oktyabr ayından başlayacaq birbaşa uçuşlar ölkələrimiz arasında təkcə logistik körpü deyil, həm də mənəvi bir bağ yaradacaq.

Bu əhəmiyyətli qərar hər iki ölkə vətəndaşlarının gediş-gəlişini asanlaşdıracaq, eyni zamanda turizm potensialının tam şəkildə reallaşmasına imkan verəcək. Prezident İlham Əliyevin konkret nəticələrə hesablanmış siyasətinin davamı olaraq, bu addım işgüzar dairələr arasında əlaqələri də intensivləşdirəcək.

Xalqlararası ünsiyyətin genişlənməsi dövlətlərarası siyasi və iqtisadi əlaqələrin ən möhkəm təməlidir. Slovakiya və Azərbaycan xalqları bu yeni imkanlar sayəsində bir-birini daha yaxından tanıyacaq və faydalı tərəfdaşlığın bəhrəsini görəcəklər.

Lalə Həsənova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button