GündəmSiyasətSosial
Trend

YAP Nizami rayon təşkilatında Baba Vəziroğlu ilə görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi rəhbərliyə gəlişinin 57-ci ildönümü münasibətilə “Zəfər yürüşünün başlandığı gün” mövzusunda əməkdar incəsənət xadimi, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuş, Yeni Azərbaycan Partiyasının himinin sözlərinin müəllifi Baba Vəziroğlu ilə rayon təşkilatının “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin və “Heydər Əliyev Məktəbi”nin iştirakçılarının görüşü keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki,  görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Zəfər yürüşünün başlandığı gün” adlı videoçarx nümayiş olunub.Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov görüşün əhəmiyyəti və məqsədləri barədə məlumat verib.

Çıxış edən əməkdar incəsənət xadimi Baba Vəziroğlu Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini diqqətə çatdırın, dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün misilsiz işlərindən söz açıb. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Baba Vəziroğlu Vətən müharibəsindəki parlaq qələbədən danışıb, “Cənab Ali Baş Komandan” şeirini səsləndirib.

İştirakçıların suallarını da cavablandıran Baba Vəziroğlu ilə görüş nümayəndələrində böyük təəssürat yaradıb.

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.

 

Oxşar Xəbərlər

Back to top button