
Azərbaycan və Türkmənistan arasında münasibətlər ortaq etnik köklərə, zəngin tarixi-mədəni bağlara və Xəzər dənizinin birləşdirdiyi coğrafi yaxınlığa əsaslanır. Müstəqillik illərində qurulan diplomatik əlaqələr son illərdə sürətlə inkişaf edərək keyfiyyətcə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və tamamilə yeni bir mərhələyə qədəm qoymuşdur.
İki ölkə arasında münasibətlərin dinamikasını müəyyən edən ən mühüm amil dövlət başçılarının siyasi iradəsidir.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə 22 iyun tarixindəki rəsmi səfəri iki ölkə arasındakı münasibətləri yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Qlobal nəqliyyat xəritələrinin yenidən çəkildiyi bir dövrdə Türkmənistan dövlət başçısının Bakı səfərlərində nəqliyyat və logistika məsələləri hər zaman mərkəzi yer tutur.
Dövlət başçılarının təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyi görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq ruhunu möhkəmləndirir. Bakı görüşləri tərəflərə regional təhlükəsizlik, Xəzər dənizinin statusundan irəli gələn məsələlər və beynəlxalq platformalarda (BMT, TDT, İƏT) birgə fəaliyyətin koordinasiya edilməsi üçün birbaşa dialoq imkanı yaradır. Bu səfərlər Bakı ilə Aşqabad arasında heç bir qaranlıq məqamın qalmadığını və tərəflərin tam qarşılıqlı etimad mühitində işlədiyini nümayiş etdirir.
Türkmənistan Prezidentinin Azərbaycana səfəri həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya proseslərinə böyük təkan verir. Azərbaycan bu münasibətlərdə Türkmənistanın türk dünyasının ümumi iqtisadi və mədəni məkanına daha sıx inteqrasiya olunmasını fəal şəkildə dəstəkləyir ki, bu da Bakıdakı zirvə görüşlərində və dialoqlarda öz əksini tapır.Qlobal nəqliyyat xəritələrinin yenidən çəkildiyi bir dövrdə Türkmənistan dövlət başçısının Bakı səfərlərində nəqliyyat və logistika məsələləri hər zaman mərkəzi yer tutur.
Türkmənistan Prezidentinin Bakı səfəri sadəcə iki qonşu ölkənin rəhbərlərinin görüşü deyil. Bu səfər eyni zamanda regional status-kvonu müsbət istiqamətə yönəldən, Şərq-Qərb geosiyasi oxunda Azərbaycan-Türkmənistan ittifaqını qlobal logistika və enerji zəncirinin qırılmaz halqasına çevirən strateji gedişlərdir. Səfər zamanı atılan imzalar iki ölkənin gələcək onilliklər üçün inkişaf xəttini müəyyən edir.
Azərbaycan Prezidenti İlham Əliyev: “Azərbaycan ilə Türkmənistan arasında çox sıx siyasi əlaqələr mövcuddur və bu əlaqələr möhkəm təmələ söykənir. Energetika, pambıqçılıq, nəqliyyat, investisiya və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Xəzər dənizi bizi ayıran yox, bizi birləşdirən dənizdir. Bizim limanlarımız-Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Limanı tam gücü ilə işləyərək Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm halqasına çevrilir.
Ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri və əməkdaşlıq Azərbaycan ilə Türkmənistanı birləşdirir. İnanıram ki, ikitərəfli əlaqələrimiz xalqlarımızın iradəsinə uyğun olaraq gələcəkdə də inkişaf edəcək və möhkəmlənəcəkdir.”
Şövqiyyə Əliyeva,
Nizami rayonu 12 saylı məktəbin tarix müəllimi



