
Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq salnaməsinin ən şərəfli səhifələrini yazmışdır. Hər bir əsgər və zabit Vətən sevgisini öz əməli fəaliyyəti ilə sübut etmiş, torpaqlarımızın müdafiəsi uğrunda böyük fədakarlıqlar göstərmişdir.
Silahlı Qüvvələrimizin inkişafı uzun və şərəfli bir yol keçmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt nəticəsində güclü və peşəkar ordu foralaşdırılmışdır.
Müstəqilliyin ilk illərində mövcud olan çətinliklərə baxmayaraq, Azərbaycan dövləti qısa müddətdə güclü hərbi potensial yaratmağa nail olmuşdur. Bu uğur dövlət rəhbərliyinin məqsədyönlü siyasətinin nəticəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ordumuzun inkişafını yeni mərhələyə yüksəltmişdir. Hərbi hissələr yenilənmiş, müasir silahlar alınmış və şəxsi heyətin hazırlığı gücləndirilmişdir.
Azərbaycan əsgəri hər zaman vətənpərvərlik nümunəsi göstərmişdir. İkinci Qarabağ müharibəsində döyüşən hərbçilərimiz xalqımızın qəhrəmanlıq tarixini yenidən yazdılar.
44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfər Azərbaycan əsgərinin yüksək döyüş ruhunun, peşəkarlığının və vətən sevgisinin nəticəsi idi. Şəhidlərimizin qanı bahasına qazanılan bu qələbə tariximizə qızıl hərflərlə yazılmışdır.
2023-cü ildə keçirilən antiterror tədbirləri isə ölkəmizin tam suverenliyini təmin etdi. Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri qısa müddətdə uğurla yerinə yetirdi.
Bu gün ordumuzun şəxsi heyəti ən yüksək mənəvi keyfiyyətlərə malikdir. Hərbi qulluqçularımız daim öz bilik və bacarıqlarını artıraraq dövlətimizin müdafiəsi üçün hazır vəziyyətdədirlər.
Qəhrəman əsgərlərimizin rəşadəti gələcək nəsillər üçün örnəkdir. Azərbaycan Ordusu yeni uğurlara imza ataraq dövlətimizin təhlükəsizliyinin keşiyində dayanmağa davam edəcəkdir.
Nazlı Ələkbərova,
YAP Nizami rayon təşkilatının fəalı



