Dünya
Rusiya Avropa Şurasının beynəlxalq müqavilələrindən çıxır
Rusiya Prezidenti Vladimir Putin Federasiyaya münasibətdə Avropa Şurasının (AŞ) beynəlxalq müqavilələrinin, o cümlədən Avropa Şurasının Nizamnaməsinin, terrorizmin qarşısının alınması və insan hüquqlarının müdafiəsi haqqında Avropa konvensiyalarının ləğvi haqqında qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Victorytime.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənəd Dumanın elektron məlumat bazasına yerləşdirilib.
Ümumilikdə 21 sənədin denonsasiya edilməsi təklif edilir. Onların arasında, həmçinin 15 oktyabr 1985-ci il tarixli Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyası və 3 may 1996-cı il tarixli Avropa Sosial Xartiyası var.