AnalitikaDünyaGündəmSiyasət

Giorgia Meloninin Azərbaycana səfəri: strateji tərəfdaşlıq və əməkdaşlıqda yeni mərhələ

Mayın 4-də İtaliya Respublikasının Nazirlər Şurasının sədri Giorgia Meloni Azərbaycana rəsmi işgüzar səfər edib. Səfər çərçivəsində Baş nazir Bakıda Azərbaycan Prezidenti Ilham Aliyev ilə görüş keçirərək iki ölkə arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə edib. Görüş zamanı enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, investisiya imkanları və regional əməkdaşlıq əsas müzakirə mövzuları olub.

Təkbətək və geniş tərkibli görüşlərdə Azərbaycan ilə İtaliya arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinin önəmi xüsusi vurğulanıb. Prezident İlham Əliyev İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edib və qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu bildirib. Giorgia Meloni isə çıxışında Azərbaycanı Avropa ilə Asiya arasında mühüm enerji qovşağı adlandıraraq, İtaliyanın bu əməkdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu bildirib. Səfər çərçivəsində tərəflər enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, təhlükəsizlik, infrastruktur və iqtisadi layihələrin inkişafı barədə də fikir mübadiləsi aparıblar. Xüsusilə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın artan rolu diqqət mərkəzində olub. İtaliya Baş naziri iki ölkə arasındakı münasibətləri “etibarlı və uzunmüddətli strateji tərəfdaşlıq” kimi qiymətləndirib.

Səfər Azərbaycan-İtaliya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirməklə yanaşı, regionda iqtisadi və siyasi əməkdaşlığın güclənməsi baxımından da mühüm hadisə kimi dəyərləndirilir. Giorgia Meloninin Azərbaycana səfəri iki ölkə arasında qarşılıqlı etimadın və tərəfdaşlığın daha da möhkəmləndiyini bir daha göstərdi.

Eyni zamanda görüşdə humanitar və mədəni əlaqələrin inkişafı məsələləri də diqqət mərkəzində olub. Tərəflər təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin xalqlar arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər. İtaliya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna marağı da xüsusi vurğulanıb və gələcəkdə yeni investisiya layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Ekspertlər hesab edirlər ki, Giorgia Meloninin Azərbaycana səfəri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafına da müsbət təsir göstərəcək. Xüsusilə enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından Azərbaycanın strateji mövqeyi İtaliya tərəfindən yüksək qiymətləndirilir. Bu səfər iki ölkə arasında siyasi dialoqun intensivləşdiyini və əməkdaşlığın gələcəkdə daha geniş sahələri əhatə edəcəyini nümayiş etdirib.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button