Dünya
Türkiyə Ukraynadakı yaralılara dəhliz açacaq
Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək etmək niyyətindədir.
Victorytime.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets deyib.
O bildirib ki, Türkiyə mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.
Qeyd edək ki, bununla bağlı artıq iki ölkə arasında müzakirə aparılır.