Dünya

Dneprdə yaşayış binasının raketlə vurulması nəticəsində azı 9 nəfər həlak olub

Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində azı 9 nəfər həlak olub. Onların arasında uşaq da var.

Victorytime.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

“Artıq 15 yaşlı qız da daxil olmaqla 9 nəfər həlak olub”, – deyə V.Rezniçenko əlavə edib.

Onun sözlərinə görə, indiyədək 64 nəfərin yaralandığı məlumdur. Onlardan 59 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarının müalicəsi ev şəraitində davam etdirilir.

Hazırda xilasetmə işləri davam edir.

Oxşar Xəbərlər

Back to top button