Dünya

Nazir: İtaliya Ukraynaya daha çox silah göndərməyə hazırdır

Biz rəsmi Kiyevin tam müstəqilliyini dəstəkləyirik və Ukrayna üçün əlimizdən gələni edirik. Mümkün qədər çox silah göndərməyə hazırıq, bunu etməzdən əvvəl İtaliya Parlamentinə məlumat veriləcək.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Rusiyanın hücumları nəticəsində Ukraynada yararsız vəziyyətə düşmüş elektrik enerjisi şəbəkəsinin yenidən qurulması üçün 50 tondan çox material göndərmişik. Hava hücumundan müdafiə sistemlərinin göndərilməsi üçün də müzakirələr aparırıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, İtaliya Senatında Ukraynaya hərbi materialların göndərilməsinin 2023-cü il dekabrın 31-dək uzadılmasını nəzərdə tutan fərmanla bağlı müzakirələr davam etdirilir.

Oxşar Xəbərlər

Back to top button