Dünya

Çində yeni il səyahətləri zamanı 2 milyarddan çox insan səfərə çıxacaq

Çin sakinləri ay təqvimi ilə ümummilli yeni il bayramı (bu il yanvarın 22-də başlayacaq) münasibətilə ölkənin nəqliyyat sistemi üçün ən gərgin 40 gün – “Çunyun” (bahar səyahətləri) dövründə 2 milyarddan çox səfər həyata keçirəcəklər.

Victorytime.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 99,5 faiz çoxdur.

Beləliklə, ölkədə sərnişin axını 2019-cu ildə koronavirus məhdudiyyətlərinin təsir etmədiyi sonuncu “Çunyun” dövrü ilə müqayisədə 70,3 faiz bərpa olunacaq.

Bu il Çində “Çunyun” rəsmi olaraq yanvarın 7-də başlayacaq və fevralın 15-də sona çatacaq. Bahar səyahətləri dövründə çinlilər ölkənin digər bölgələrində yaşayan valideynlərini və yaxın qohumlarını ənənəvi olaraq ziyarət edirlər.

Oxşar Xəbərlər

Back to top button