
Prezident İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycan Respublikasına rəhbərlik edir. Onun fəaliyyəti dövründə ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, islahatların aparılması və müasir idarəetmə mexanizmlərinin tətbiqi əsas istiqamətlərdən olmuşdur. İqtisadi sahədə neft gəlirlərinin səmərəli istifadəsi, qeyri-neft sektorunun inkişafı və regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində yeni infrastruktur layihələri həyata keçirilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında sosial siyasətə xüsusi diqqət yetirilmiş, əhalinin rifahının yüksəldilməsi məqsədilə əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılmışdır. Xarici siyasətdə Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmiş, enerji və nəqliyyat layihələri vasitəsilə regionda mühüm strateji mövqe qazanmışdır. Onun fəaliyyətində ölkənin ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin möhkəmləndirilməsi və azad edilmiş ərazilərin bərpası mühüm yer tutur.
Fatimə Abıyeva,
YAP-ın gənc fəalı



