
2025-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Dövlət başçısının bu çıxışı həm ölkə daxilində idarəetmə sistemində aparılan islahatların məntiqi davamı, həm də bölgələrin sosial-iqtisadi inkişafına yeni yanaşmanın ifadəsi kimi diqqət çəkib. Prezidentin çıxışı, ümumilikdə, dövlət idarəçiliyində şəffaflığın artırılması, vətəndaş amilinin önə çəkilməsi və Naxçıvan Muxtar Respublikasının Azərbaycanla inteqrasiyasının dərinləşdirilməsi baxımından mühüm mesajlar ehtiva edib.Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, hər bir dövlət qulluqçusu, xüsusilə icra hakimiyyəti başçıları xalqın etimadını doğrultmalı, dövlətin siyasətini layiqincə həyata keçirməlidirlər. Onun sözlərinə görə, vəzifə səlahiyyətləri verilən hər bir şəxs dövlətə və xalqa sədaqətlə xidmət etməli, öz fəaliyyətində şəffaflıq, məsuliyyət və ədalət prinsiplərinə əsaslanmalıdır. Prezident qeyd edib ki, ölkənin hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da əsas məqsəd insanların rifahının yüksəldilməsi və sosial ədalətin təmin olunmasıdır.Dövlət başçısı çıxışında Naxçıvanın strateji əhəmiyyətinə xüsusi toxunub. O bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu bölgə son illərdə mühüm infrastruktur layihələrinin mərkəzinə çevrilib. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın iqtisadi potensialını artıracaq, regionun ticarət, logistika və turizm imkanlarını genişləndirəcək. Prezident qeyd edib ki, bu prosesin uğurlu icrası həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının birliyinə töhfə verəcək.Prezident İlham Əliyev yeni təyin olunan vəzifə sahiblərinə müraciət edərək onlardan təşəbbüskarlıq, xalqla sıx təmasda olma və yerli problemlərin operativ həllinə yönəlmiş fəaliyyət tələb edib. O bildirib ki, rəhbər vəzifədə olmaq sadəcə imtiyaz deyil, ilk növbədə məsuliyyətdir. Dövlət başçısı vətəndaş məmnunluğunun idarəetmənin əsas meyarı olduğunu bir daha xatırladıb və qeyd edib ki, dövlətin siyasəti xalqın rifahına xidmət etməlidir.Çıxışında Prezident korrupsiya və sui-istifadə hallarına qarşı sərt mövqeyini bir daha nümayiş etdirib. O, bildirib ki, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, şəffaf tender və layihə mexanizmlərinin işlədilməsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, icra hakimiyyəti başçıları yalnız dövlətin deyil, həm də cəmiyyətin etimadını qorumaq məsuliyyətini daşıyırlar.Prezident İlham Əliyev həmçinin Azərbaycanın regional siyasətində yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir bölgənin inkişafı vahid milli strategiyanın tərkib hissəsidir və bu strategiya ədalətli bölgü, bərabər imkanlar və davamlı inkişaf prinsiplərinə əsaslanır.Sonda dövlət başçısı yeni təyin olunan rəhbərlərə fəaliyyətlərində uğurlar arzulayıb, onlardan xalqın etimadını daim doğrultmağı, ölkənin inkişafına, sabitliyinə və gücünə töhfə verməyi tələb edib.Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda söylədiyi bu çıxış, dövlət idarəçiliyində məsuliyyətin və şəffaflığın artırılması istiqamətində atılmış növbəti mühüm addım kimi dəyərləndirilir. Bu çıxış həm də Prezidentin dövlətə, xalqa və milli dəyərlərə sadiqlik prinsipinə əsaslanan liderlik fəlsəfəsinin bariz təzahürüdür.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



