AnalitikaGündəmSiyasət

Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulması

3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm və taleyüklü bir gün olmuşdur. Həmin gün keçirilən ümumxalq seçkilərində Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.1990-cı illərin əvvəllərində ölkədə siyasi böhran, idarəçilikdə xaos, iqtisadi tənəzzül və vətəndaş qarşıdurması hökm sürürdü. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal altına düşmüş, ölkə ağır vəziyyətlə üzləşmişdi. Belə bir məqamda xalq yalnız Heydər Əliyevə güvənərək ona müraciət etdi.1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu və Milli Məclisin Sədri seçildi. Tezliklə isə ölkənin gələcək taleyini həll edən prezident seçkiləri elan edildi. 3 oktyabr 1993-cü ildə keçirilən seçkilərdə Azərbaycan xalqı Heydər Əliyevə böyük etimad göstərərək onu dövlət başçısı seçdi.

Ulu Öndər Prezident seçildikdən sonra ölkədə siyasi sabitliyin bərpası, iqtisadi islahatların başlanması, beynəlxalq əlaqələrin genişləndirilməsi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. Onun qətiyyətli siyasəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, dağılmaqda olan dövlətçilik sistemi bərpa edildi.Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu hadisə müstəqil dövlətimizin möhkəmlənməsində, gələcək inkişafının təmin edilməsində əsas mərhələ sayılır.

Azərbaycanın müasir siyasi tarixində Heydər Əliyev şəxsiyyəti xüsusi yer tutur. O, təkcə görkəmli dövlət xadimi deyil, həm də xalqın yaddaşında xilaskar lider, güclü siyasi məktəbin yaradıcısı kimi qalmışdır. Azərbaycan siyasətində “Heydər Əliyev fenomeni” anlayışı məhz onun parlaq fəaliyyəti, xalqı və dövləti böhrandan çıxarması ilə bağlıdır.Heydər Əliyev siyasətə təsadüfi gəlməmişdir. O, dövlət idarəçiliyi sahəsində zəngin təcrübə qazanaraq, Azərbaycanın inkişafı üçün mühüm işlər görmüşdür. Sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə iqtisadi, sosial və mədəni tərəqqiyə nail olmuş, Azərbaycanı ittifaq miqyasında nüfuzlu bir respublikaya çevirmişdir.
1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Siyasi böhran, iqtisadi tənəzzül, Qarabağ müharibəsi, separatizm meylləri ölkəni parçalanmaq həddinə gətirmişdi. Belə bir şəraitdə xalq yalnız Heydər Əliyevə ümid edirdi. 1993-cü ilin iyununda Bakıya dəvət edilən lider çox qısa müddətdə vəziyyəti sabitləşdirdi və dövlətin dağılmasının qarşısını aldı.

Heydər Əliyev yalnız müvəqqəti problemləri həll etməklə kifayətlənmədi, həm də uzunmüddətli inkişaf yolunu müəyyənləşdirdi. Onun rəhbərliyi ilə hüquqi dövlətin əsası qoyuldu, Konstitusiya qəbul edildi, iqtisadi islahatlara start verildi. Bu proseslər Azərbaycanın gələcək inkişafını təmin edən möhkəm siyasi məktəb yaratdı. Bu məktəbin davamçıları bu gün də onun ideyalarını yaşadır.

O, Azərbaycanın beynəlxalq miqyasda tanıdılması üçün mühüm addımlar atdı. Qısa zamanda ölkənin xarici siyasət kursunu formalaşdırdı, dünya dövlətləri ilə əlaqələri gücləndirdi. Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş kimi tanınmasında Heydər Əliyevin şəxsi nüfuzu həlledici rol oynadı.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button